REKLAM ALANI

Dede Aşık Elesger'in devamçısı Sima Azadkızı Göyçeliden Yeni şeirler

 Azerbaycan'ın Aşık Veysel'i sayılan  Aşık Elesger'in torunu Sima Azadkızı Göyçeliden Harika Yeni Şeir'ler devamını Kaya Haber Ajansı'nın Takipçilerine Özel TAKİPTE KALIN...

BİR BAYRAĞIN ALTINDA.



Parlasın bəxt aynası

“Al bayrağın altında”!

Birləşsin Türk Dünyası,

Bir bayrağın altında!


Səmadan nur ələnsin,

Qarış-qarış çilənsin,

Torpaq nura bələnsin,

Bir bayrağın altında!


Əldə müqəddəs Quran,

Dildə “Bismillah...” hər an.

Qurulsun böyük Turan!

Bir bayrağın altında!


Xalq Tanrıdan güc alsın,

Dostluq körpüsü salsın!

Ədalət zəfər çalsın,

Bir bayrağın altında!


“Şərin” boynu burulsun,

Qanlı sular durulsun...

“Haqqın taxtı qurulsun”

Bir bayrağın altında!


Bəzəsin Murovdağı

Azərbaycan bayrağı!

Öpək Ana torpağı,

Bir bayrağın altında!


Sönməz atəşim, odum;

Yaşasın Milli Ordum!

Hey ulasın Boz Qurdum,

Bir bayrağın altında!


Xar olsun düşmən-yağı,

Hürr olsun “Ağrı dağı”,

Seyr edək Qarabağı,

Bir bayrağın altında!


Hamı versin əl-ələ,

Dolaşaq eldən-elə...

Üz tutaq Göyçəgölə,

Bir bayrağın altında!


Yurda oğullar gərək,

Yahya Azəroğlutək!

Xəyallar olsun gerçək,

Bir bayrağın altında!


Sima, arzun çin olsun,

Bir sevincin min olsun!

“Sərçə” “göyərçin” olsun,

Bir bayrağın altında!


Sima Azadqızı Göyçəli


ƏZƏLDƏN TÜRK QIZI TÜRKƏM.


Nə “türkçüyəm”, nə “Turançı”,

Nə “dağlıyam”, nə “arançı”,

Nə asiyəm, nə üsyançı...

Əzəldən türk qızı, türkəm!

Allahımdan razı türkəm!


Bir pöhrəyəm Oğuz boylu,

Hətəmxan, Talıbxan soylu,

Əcdadım o tay, bu taylı...

Əzəldən türk qızı, türkəm!

Allahımdan razı türkəm!


Dinim İslam, millətim türk,

Əzmim hicab, qeyrətim — börk,

Əlif qəddim yağıya görk!

Əzəldən türk qızı, türkəm!

Allahımdan razı türkəm!


Müsəlmanam, təmiz qanlı,

Saf diləkli, pak vicdanlı...

Olsam da “azərbaycanlı”,

Əzəldən türk qızı, türkəm!

Allahımdan razı türkəm!


Anam torpaq, atam oddu,

Şöhrət hissi mənə yaddı.

Var-dövlətim, təmiz addı!

Əzəldən türk qızı, türkəm!

Allahımdan razı türkəm!


Ata yurdum, ulu Göyçə,

Ana yurdum — qədim Gəncə,

Hər yer Vətənimdir, məncə!..

Əzəldən türk qızı, türkəm!

Allahımdan razı türkəm!


Yol göstərir hər vaxt, hər an,

Tövrat, Zəbur, İncil, Quran.

Qurulacaq Böyük Turan!

Əzəldən türk qızı, türkəm!

Allahımdan razı türkəm!


Xiffət çəkər güli-qönçə,

Açılar, bahar gəlincə...

“Qığılcımam”, qəlbi incə,

Əzəldən türk qızı, türkəm!

Allahımdan razı türkəm!


Azad doğulsa da insan,

Adam olmaq deyil asan!

Qopsa tufan, töksə leysan,

Əzəldən türk qızı, türkəm!

Allahımdan razı türkəm!


Sima Azadqızı Göyçəli


06.01.2020.  14:53

Yorum Gönder

0 Yorumlar